Vasif Abbasov

AMEA Təcrübə-sənaye zavodunun direktoru

 

Təcrübə-Sənaye zavodu respublikada kimya və neft-kimya sənayesi sahəsində yeganə sınaq müəssisəsi olmaqla geniş çeşidli elmi-tədqiqatların təcrübə sınaqlarının aparılması və sənayeyə tətbiqi ilə yanaşı bir çox dövlət müəssisələri və özəl təşkilatları üçün respublikada istehsalı olmayan rəqabətə davamlı, xarici analoqlarından heç də geridə qalmayan bir sıra mühərrik, dizel, transmissiya yağlarının, müxtəlif plastik sürtkü materiallarının istehsalını təşkil etmiş və istehsal etdiyi məhsullar hal-hazırda öz geniş tətbiq sahələrini taparaq müvəffəqiyyətlə istifadə olunur.

Təcrübə-Sənaye Zavodunda istehsal prosesinin keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin yüksək standartlara cavab verməsini təsdiq edən beynəlxalq İSO sertifikatları alınmış, zavodun ərazisində bütün lazımi maddi-texniki baza qurulmuşdur. İnnovasiya fəaliyyətinin effektiv mexanizminin yaradılması istiqamətində dünya təcrübəsi öyrənilmiş, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi üçün müvafiq islahatlar aparılmışdır.

Müfaviq dövlət orqanı tərəfindən akkreditasiyadan keçmiş zavod elmi-tədqiqat və sınaq laboratoriyasında istehsal proseslərinə analitik nəzarət olunması ilə yanaşı, müxtəlif elm və tədris müəssisələrinin sifarişi ilə lazımi sınaq işlərinin və analizlərinin aparılması da mümkün olmuşdur.

Təcrübə-Sənaye zavodunun əsas strateji hədəfi idxal məhsullarının ixrac potensialı böyük olan innovativ xarakterli milli məhsullarla əvəzlənməsidir.