Türkmənistan Milli Elmlər Akademiyasının prezidenti Meret Aşırbayev və Türkmənistan Respublikasının ölkəmizdəki səfirliyinin bir qrup əməkdaşı AMEA Təcrübə-Sənaye Zavodunu ziyarət etmişlər. Qonaqları müşayət edən AMEA Yüksək Texnologiyalar Parkının direktoru a.e.f.d. Vüqar Babayev və TSZ-nin direktoru Vasif Abbasov qonaqlara zavod haqqında ətraflı məlumat vermiş, görülmüş işlərlə və istehsal prosesi ilə qonaqları yaxından tanış etmişlər.

Daha sonra AMEA TSZ-nin elmi-sınaq laboratoriyası ilə tanış olan qonaqlar TSZ ilə mümkün ola biləcək əməkdaşlıqlar haqqında müzakirələr aparmışlar.