Məlumat verdiyimiz kimi AMEA Təcrübə-Sənaye Zavodunun nəznində fəaliyyət göstərən “TSZ – PAV” yuyucu məhsulları istehsalı müəssisəsi “MEH” təsdiqlənmiş ticarət markası altında bir çox məhsulların istehsalını həyata keçirdir. Hal-hazırda 8 adda məhsul istehsalı ilə məşğul olan müəssisə 2 əsas yeni məhsulun istehsalını planlaşdırır.

İstehsalı planlaşdırılan yeni məhsullar məişətdə istifadə əsas olan nəmləndirici əl-üz sabunu və toz şəklində olan paltaryuyan maddədir. Əl-üz sabunu quru formada istehsal olunaraq, müxtəlif qablaşdırılmalarda istehlaka veriləcəkdir. Paltar yumaq üçün lazım olan toz şəkilli maddə isə həm əl ilə yumaq həm də paltaryuyan maşınlarda yumaq üçün olacaqdır.

Hal-hazırda “TSZ – PAV”-da istehsal olunan məhsullar aşağıdakılardır.

  1. “MEH” maye sabunu

“MEH” maye sabunu məişətdə istifadə üçün nəzərdə tutulmuşdur. 300ml, 500ml, 3 litrlik qablarda istehsal olunan maye sabunları alma, armud və vişnə ətirlidir.

  1. “MEH” qabyuyan maddəsi

“MEH” qabyuyan maddəsi 500ml, 1l və 5 litrlik olmaqla 2 əsas qabda istehsal olunur. İstifadəsi olduqca rahat və gigiyenik olaraq tam təhlükəsizdir.

  1. “MEH” şüşə silən maddəsi

Şüşə və parıltılı səthlərin təmizlənməsi üçün istifadə olunur. 2 fərqli rəngdə istehsal olunan məhsul 500 ml-lik qablarda istehsal olunur.

  1. “MEH” turşu əsaslı təmizləyici

Turşu əsaslı gigiyenik təmizləyici vasitə məişətdə istifadə üçün olduqca əlverişlidir. Pas, kirəç, ərp və digər bu kimi ləkələri təmizləyir və dezinfeksiya edir.

  1. “MEH” xlor tərkibli təmizləyici

Xlor tərkibli duru ağardıcı məişət şəraitində rahatlıqla istifadə oluna bilən 1litrlik qablarda istehsal olunur.

  1. “MEH” kəpəkli saç şampunu

kəpəkli saçlar üçün müalicəvi şampunu istənilən saç tiplərində istifadə oluna bilər.

  1. “MEH” universal təmizləyici

Universal təmizləyicisi unitaz, hamam-kabina, kafel-metlax, su kranları, qaz plitəsi, pas ləkələrini təmizləyir və onlara parıltı verir.

  1. “MEH” ağardıcı tozu

Ağardıcı toz kirəclənmiş, uzun müddət istifadə olunmayan məişət avadanlıqlarında olan ləkələrin təmizlənməsi üçün istifadə olunur.