AMEA Təcrübə-Sənaye Zavodunda istehsal olunan yağ və sürtkü məhsulları sırasında daxili tələbatı ödəyə biləcək müxtəlif növ transmissiya yağları da vardır. Zavod qurulduğu gündən transmissiya yağlarının istehsalı, təkmilləşdirilməsi və beynəlxalq standartları cavab verəcək şəkildə istehsal edilməsi üçün zavod tərəfindən bir çox işlər görülmüşdür.

Hal-hazırda zavodumuzda 3 fərqli növ tranmissiya yağı istehsalı vardır. Bunlar aşağıdakılardır:

 

  1. SAE 80W90 API GL-5 – Bütün mövsümlər üçün mineral transmissiya yağı.

Bu yağ bütün mövsümlər üçün nəzərdə tutulmuş və mineral baza yağı əsasında hazırlanmaqdadır.

Yüksək termiki stabillik sürtkü materialı və sürət qutusunun resursunu və istismar xüsusiyyətlərini mühafizə edərək çöküntülərin yaranmasının və yağın qatılaşmasının qarşısını alır.  Yağın tərkibində olan korroziya və oksidləşməyə qarşı qatqılar hesabına pillələrin uzun müddət ərzində yumşaq dəyişilməsi təmin edilir.
Yeyilmədən yaxşı mühafizə və aparıcı xüsusiyyətlər hətta ağır yüklənmə və geniş temperatur intervalı şəraitində transmissiya detallarının istismar müddətini artırır.

Bu yağın tətbiq edildiyi vasitələr orta yüklənmə və təzyiq şəraitində işləyən, API GL-5 təsnifatına uyğun yağ tələb edən mexaniki sürət qutuları, mobil texnika differensiallları, minik və yük avtomobillərinin körpücükləri, o cümlədən spiral-konusvari və hipoid ötürücülü körpücüklərdir.

İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

 

  1. SAE 85W140 API GL-5 – Bütün mövsümlər üçün mineral transmissiya yağı.

Bu yağ da həmçinin bütün mövsümlər üçün nəzərdə tutulmuş və mineral baza yağı əsasında hazırlanmaqdadır.

Yüksək termiki stabillik sürtkü materialı və sürət qutusunun resursunu və istismar xüsusiyyətlərini mühafizə edərək çöküntülərin yaranmasının və yağın qatılaşmasının qarşısını alır.  Siyrilmə və yeyilmələrə qarşı çox gözəl xüsusiyyətlərə malikdir. Oksidləşməyə qarşı təkmilləşdirilən termiki stabillik və dayanıqlıq mexanizmlərin müstəsna təmizliyinə və yağın dəyişilməyə qədər xidmət müddətinin uzadılmasına şərait yaradır. Yeyilmədən yaxşı mühafizə və aparıcı xüsusiyyətlər hətta ağır yüklənmə və geniş temperatur intervalı şəraitində transmissiya detallarının istismar müddətini artırır.

Bu yağ əsasən minik avtomobilləri, furqonlar, yük avtomobilləri, avtobuslar, kənd təsərrüfatı və tikinti texnikalarının mexaniki transmissiyalarında;
SAE 85W140 özlülük təsnifatına uyğun olan API GL-5 sinifli transmissiya yağı tələb edən ön və arxa differensiallarda, aparıcı ox differensialında, ön körpücük topunun dişli çarxında, ön və arxa təkər reduktorlarında, paylayıcı qutularda istifadə edilir.

İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

 

 

 

  1. Niqrol – Transmissiya yağı

 

Sənaye avadanlıqlarının, açıq dişli reduktor ötürücülərin və s. az yüklənmiş hissələrin yağlanması üçün nəzərdə tutulan transmissiya yağıdır. Neftin birbaşa distilləsindən alınan saflaşdırılmayan özlü qalıqlardan ibarət qatqısız mineral yağdır.

600 MPa-dan artıq olmayan kontakt gərginliyi yaranan müxtəlif növ ötürücülərin (düzdişli, spiral-konusvari, vintli) effektiv yağlanmasında tətbiq olunur. Mexanizmlərdə tövsiyyə olunan temperatur 90°C-dəkdir. Niqrol yağı reduktorlarda, sənaye avadanlıqlarının az yüklənən detallarında, açıq dişli ötürücülərdə, kranların, ekskavatorların planetar dişli ötürücülərində, sənaye avadanlıqlarının transmissiya detalları və dişli ötürücülərində, traktor, kənd təsərrüfatı və yol-tikinti maşınlarında, tikinti texnikalarında işçi maye kimi istifadə olunur. Həmçinin sənayedə tətbiq olunan müxtəlif növ bucurğadlar, açıq tipli reduktorlar, yük qaldıran kranların dişli ötürücüləri, ekskavator və digər maşınların az yüklənmiş, az sürətli detallarında sürtkü materialı kimi tətbiq olunur.

İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.