AMEA Təcrübə-Sənaye Zavodu istehsalat prosesi zamanı lazım olan buxarı əldə etmək üçün ən müasir buxar generatorundan istifadə etməkdədir. “Alba” markalı buxar generatoru zavodun yağ və sürtkü istehsalı sexində xüsusi mühafizə olunan otaqda quraşdırılmış və generatoru nəzarət üçün işçi ayrılmışdır. Buxar generatoru az miqdarda su istifadə etməklə maksimum tezlikdə və həcmdə buxar istehsal edərək lazım olan avadanlığa ötürür. Buxar generatoru sürtkü məhsullarını istehsal edən qurğunun fəaliyyəti zamanı istifadə olunur və istehsalat prosesinin sürətlənməsi olduqca yardımçı olur.