Image module
Dizel mühərrikləri üçün bütün mövsümlərə uyğun mineral mühərrik yağı
Təsnifat:  (tələblərinə uyğundur): TŞ AZ 1500051871.056, API CD
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: 1, 4, 5, 7, 10, 20 litr
Təsvir:
Ağır istismar şəraitində işləyən atmosfer və turboüfürücü ilə gücləndirilən dizel mühərrikləri üçün nəzərdə tutulub. İstifadə edilən yanacaq yüksək neytrallaşdırıcı, antikorroziya və köhnəlməyə qarşı xassələrə malik, bütün növ çöküntülərin yaranmasına az meyilli yağ tələb etdiyi hallar üçün də uyğundur.
Tətbiq sahələri:
Ağır yüklü mədən özüboşaldanları, böyük güclü sənaye traktorları, ekskavatorlar, buldozerlər, yükləyib-boşaldan, borudüzən maşınlar, həmçinin teplovoz və gəmi dizelləri
Xüsusiyyətləri:
SAE 15W-40 API CD mühərrik yağı xarici qatqı paketlərinin istifadəsi ilə unikal tərkibi hesabına:
əla özlülük-temperatur xüsusiyyətlərinə;
əla yuma-dispersiya xüsusiyyətlərinə;
termooksidləşmə stabilliyinə malikdir
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır.  Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər Типичные значения
Kinematik özlülüyü, mm2/s, 100 °C-də 13.5-16.0
Özlülük indeksi, az olmamalı 95
Qələvi ədədi, mq KOH/q, az olmamalı 9
Sulfat külünün miqdarı, %, çox olmamalı 1,1
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 230
Donma temperaturu, °C, yuxarı olmamalı -24
Sinkin miqdarı, % 0.05-0.06
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0.01
Suyun miqdarı, % izi
Qurğuşun lövhədə korroziya sınağı, q/m2, çox olmamalı 8
ЦHT kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı 6,0
Sıxlıq, 20 °C, q/sm3,  çox olmamalı 0.905