Image module
Transmissiya yağı
Neftin birbaşa distilləsindən alınan saflaşdırılmayan özlü qalıqlardan ibarət qatqısız mineral yağ
Təsnifat: (tələblərinə uyğundur): ТŞ AKİ 3536814-51; API GL-1; SAE 140
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: 1, 5, 208 litr
Təsvir:
Sənaye avadanlıqlarının, açıq dişli reduktor ötürücülərin və s. az yüklənmiş hissələrin yağlanması üçün nəzərdə tutulan transmissiya yağı. Neftin birbaşa distilləsindən alınan saflaşdırılmayan özlü qalıqlardan ibarət qatqısız mineral yağdır.
Tətbiq sahələri:
600 MPa-dan artıq olmayan kontakt gərginliyi yaranan müxtəlif növ ötürücülərin (düzdişli, spiral-konusvari, vintli) effektiv yağlanmasında tətbiq olunur. Mexanizmlərdə tövsiyə olunan temperatur 90°C-dəkdir. Niqrol yağı reduktorlarda, sənaye avadanlıqlarının az yüklənən detallarında, açıq dişli ötürücülərdə, kranların, ekskavatorların planetar dişli ötürücülərində, sənaye avadanlıqlarının transmissiya detalları və dişli ötürücülərində, traktor, kənd təsərrüfatı və yol-tikinti maşınlarında, tikinti texnikalarında işçi maye kimi istifadə olunur. Həmçinin sənayedə tətbiq olunan müxtəlif növ bucurğadlar, açıq tipli reduktorlar, yük qaldıran kranların dişli ötürücüləri, ekskavator və digər maşınların az yüklənmiş, az sürətli detallarında sürtkü materialı kimi tətbiq olunur.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
  qış
   
Kinematik özlülüyü,100 °C-də, mm2/s 17,0-22,0
Donma temperaturu, °C, yuxarı olmamalı -10
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 170
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0,05
Suda həll olan turşu və qələvilərin miqdarı yoxdur
Suyun miqdarı, %, çox olmamalı  
  izi