Image module
Hidravlik yağ MQ AZ HLP 68
Təsnifat: DIN 51524-2 üzrə ISO VG 68 / HLP 68; ISO 11158 üzrə HM
(tələblərinə uyğundur): TŞ AZ 1500051871.055
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: 1, 10, 20 litr
Təsvir:
MQ AZ HLP seriyalı yağlar dərin seçmə üsulla təmizlənmiş mineral yağ əsasında istehsal olunur. Hazırlanma prosesində məhsulun yüksək istismar xüsusiyyətlərini təmin edən və dünya miqyaslı texnika istehsalçılarının tələblərinə cavab verən çoxfunksiyalı xarici qatqılar paketindən istifadə edilir.
Tətbiq sahələri:
Xüsusi olaraq, yüksək keyfiyyətli aşqarlı yağ tələb edən dəzgahların hidravlik sistemlərində, avtomatik xətlərdə, ağır press və başqa müasir avadanlıqlarda istifadə üçün hazırlanıb. Bu yağlar dağ-mədən və neftçıxarma sənayesi avadanlıqlarında,  körpülər və şlüz qapılarında, xilasetmə ləvazimatlarında, mobil texnikalarda (ekskavator və kranlar, tikinti texnikası, yol nəqliyyatı, kənd təsərrüfatı maşınları) tətbiq edilir.
Xüsusiyyətləri:
MQ AZ HLP seriyalı yağlar üstün filtrlənmə xassələrinə malikdir. MQ AZ HLP yağının istifadəsi hidrosistem aqreqatlarının texniki xidmət və təmir xərclərini azaltmağa imkan verir.
Əla özlülük-temperatur xassəsi, yüksək termooksidləşmə stabilliyi bütün istismar müddəti ərzində yağın kimyəvi tərkibinin sabitliyinə zəmanət verir və hidrosistemin etibarlı işini təmin edir.
MQ AZ HLP yağının yüksək deemulsiya, köhnəlməyə və köpüklənməyə qarşı müstəsna keyfiyyətləri, yağlama və soyutma xüsusiyyətlərini yaxşılaşdırmağa imkan yaradır, hidrosistemin detallarını korroziya və digər kimyəvi təsirlərdən qoruyur, sistemin istismar müddətini uzadır.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi vacibdir. Kanalizasiyaya, torpağa və suya axıdılması qadağandır.  Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Parametrlər Əsas xüsusiyyətlər
   
Kinematik özlülüyü, 40 °C-də, mm2/s 28,8-35,2 41,4-50,6 61,2-74,8
Özlülük indeksi, az olmamalı 100 100 100
Turşu ədədi, mq KOH/q, çox olmamalı 0,7 0,7 0,7
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 210 225 240
Donma temperaturu, °C, yuxarı olmamalı -30 -24 -20
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı olmamalı olmamalı olmamalı
Suyun miqdarı, %, çox olmamalı olmamalı olmamalı olmamalı
Mis lövhədə korroziya sınağı 1B 1B 1B
ЦHT kolorometrində rəngi, ЦНТ vahidi, çox olmamalı 2 2,5 3,5
Sıxlıq, 20 °C, kq/m3, çox olmamalı 875 880 890
4 diyircəkli sürtünmə maşınında yeyilmə diametri, mm, çox olmamalı 0,45 0,45 0,45