Image module
Литол-24 analoqu
Yaxşı qoruma xüsusiyyətlərinə malik çox məqsədli suya davamlı komleks antifriksion sürtkü.
Sürtkü, bütün hallarda ümumi təyinatlı sürtküləri, əksər sürtünmə hissələrində isə yüksək temperaturlar üçün ümumi təyinatlı sürtküləri əvəz edə bilər.
Təsnifat: DİN 51825 üzrə KP 3G-30 (tələblərinə uyğundur): NLGI -3; TŞ AZ 1500051871.059
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: 1, 3, 7, 16 kq
Təsvir:
Çoxtəyinatlı sürtkü Floran EP-3 (Литол-24 analoqu) detalları mükəmməl şəkildə yeyilmədən qoruyur və çəkilən səthdə bərk dayanır. Hətta qaynayan suda dayanıqlıdır və qızma zamanı bərkimir. Sürət, yüklənmə və temperaturun geniş intervalında etibarlı şəkildə işləyir. Sürtkünün çox yaxşı mühafizə xassələri var və metal məmulatları korroziyadan etibarlı qoruyur, avadanlıqların yeyilməsini azaldır və xidmət müddətini artırır.
Tətbiq sahələri:
Floran (Литол-24 analoqu) istənilən növ sürtünmə hissələrinin (fırlanan və sürtünən diyircəkli yastıqlar, şarnirlər, elektromaşınlar, yol-tikinti, kənd təsərrüfatı, dağ-mədən və s mexanizmlər, dişli və digər ötürücülər, istiqamətləndiricilərin, habelə bütün növ nəqliyyat vasitələri və sənaye avadanlıqlarının mexanizmlərinin sürtünən hissələri) yağlanmasında istifadə olunur.
Xüsusiyyətləri:
Sürtkü yüksək termiki, kolloid, kimyəvi və mexaniki stabilliyə, əla suyadavamlılığa malikdir; qızdırılma zamanı bərkimir. -40°C-dən +130°С-dək temperatur diapazonunda işləmək iqtidarındadır və temperaturdan asılı olmayaraq plastikliyini saxlayır.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Sürtkü tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Sürtkünün gözə düşməsindən özünüzü qoruyun. Sürtkünü dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Sürtkü gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş sürtkünün rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya boşaldılması qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
Xarici görünüşü Sarı rəngdə yaşılaçalar bircinsli krem
Damcıdüşmə temperaturu, °С, aşağı olmamalı 300
Penetrasiya, 25 °С-də с qarışdırılmaqla, mm-1 260-300
60/100000 zərbədən sonra penetrasiya fərqi 30
Kolloid stabilliyi, ayrılmış yağın %-i, çox olmamalı 3
Metallara korroziya təsiri, bal 1
Buxarlanma, 120 °С-də, %, çox olmamalı 6
Sərbəst qələvilərin NaOH-a hesablanmış kütlə miqdarı, %, çox olmamalı 0,2
Xlorid turşusunda həll olmayan mexaniki qarışıqların kütlə miqdarı , %, çox olmamalı yoxdur
Triboloji xassələr, (20±5)°С-də dörddiyircəkli sürtünmə maşınında, az olmamalı
     qaynaq yükü (Pc), N(кqs)  2800 (285)
     böhran yükü (Рк), H(кqs)  800 (82)
     siyrilmə indeksi (Si) 100