Image module
Baza sənaye yağı
Kükürdlü neftdən seçmə üsulla alınan qatqısız yağlardır.
Təsnifat: ISO 3448 üzrə 10,32,46,68  ISO 6074 üzrə HH (tələblərinə uyğundur): ГОСТ 20799-88
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: Sifarişə əsasən
Təsvir:
 И-20А aşqarsız (yaxud baza) sənaye yağları, yağın xüsusiyyətlərinə oksidləşmə və korroziya əleyhinə xüsusi tələbləri olmayan sənaye avadanlıqlarının maşın və mexanizmlərində istifadə olunur.
Tətbiq sahələri:
И-20А yağı sənaye avadanlıqlarının hidravlik sistemlərində, açıq havada işləyən tikinti, yol və digər maşınlarda tətbiq olunur.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat- gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
Kinematik özlülüyü, 40 °C mm2/s, hədd daxilində 29-35
Donma temperaturu, °C, yuxarı olmamalı -15
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 200
Кülün miqdarı, %, çox olmamalı 0,005
Suyun miqdarı, %, çox olmamalı izi
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı olmamalı
Turşu ədədi, mq KOH/q, çox olmamalı 0,03
Kükürdün miqdarı, %, çox olmamalı 1
ЦНТ kolorometrində rəngi, ЦНТ vahidi, çox olmamalı 2
Yağda selektiv həlledicilərin miqdarı olmamalı
Oksidləşməyə qarşı stabilliyi:
oksidləşmiş yağın turşu ədədinin artımı,1q yağa mq KOH, çox olmamalı 0,3
qətranların artımı, %, çox olmamalı  2,0
Seçmə üsulla saflaşdırılan yağda suda həll olan turşu və qələvilərin miqdarı yoxdur
Sıxlıq, 20 0C, kq/m3, çox olmamalı 890