Məlumat verdiyimiz kimi Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərən istehsalat müəssisələrindən birisi də yuyucu vasitələr istehsal edən “MEH” müəssisəsidir. Daha öncə yayımlanan məqalələrdə sadəcə 3-4 adda məhsul istehsalını qeyd etmişdiksə, hal-hazırda bu məhsulların sayı 10-a yaxınlaşmaqdadır.

Bu günki gündə “MEH” yuyucu vasitələri istehsalı müəssisəsində istehsal olunan məhsullar aşağıdakılardır:

 

  1. “MEH” maye sabunu
  2. “MEH” qabyuyan mayesi
  3. “MEH” şüşəsilən mayesi
  4. “MEH” kislota tərkibli təmizləyici
  5. “MEH” xlor tərkibli təmizləyici
  6. “MEH” kəpəkli saçlar üçün şampun

 

Müəssisədən verilən məlumata görə il sonuna kimi istehsal olunacaq məhsulların sayı 10-dan artıq olacaqdır və növbəti il üçün müəssisə yerli tələbatı ödəmək üçün maksimum səviyyədə istehsalı genişləndirəcəkdir.