Səttar  Əkbər  oğlu  Hüseynov 1 May 1954 – cü  ildə   Gorus  şəhərində  anadan olmuşdur. Orta  məktəbi  Qubadlı  rayonunda  bitirmişdir. 1972-ci  ildə Bakı  Dövlət  Universitetinin  “Kimya”  fakültəsinin əyani  şöbəsinə  daxil  olmuş  və 1977 – ci  ildə  universiteti  fərqlənmə  diplomu  ilə  başa vurmuşdur. Elə  həmin  ildə  təyinatla  Bakı  şəhərində  “Əlvan-Metallurgiya”  Birliyində  mühəndis, baş  mühəndis təyin edilmiş, daha sonra  isə Azərbaycan Milli Elmlər  Akademiyasında  çalışmışdır. Eyni  zamanda  Azərbaycan  SSR  Yerli  Sənaye  Nazirliyində  də uzun  müddət fəaliyyət göstərmişdir. 1979 – cu ildə  Azərbaycan Milli Elmlər Akademiyasının  Kimya  İnstitutunun  aspiranturasına  qəbul  olmuş  və  təhsilini  Moskvada  davam  etdirmişdir. 1982 – ci  ildə aspiranturanı  müvəffəqiyyətlə  bitirib  Kimya  Elmlər  Namizədi  adını  qazanmışdır. 3  ixtiranın  və  xaricdə  çap  olunmuş  50 – dən  çox  elmi  əsərin  müəllifidir.

Hal – hazırda  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Təcrübə – Sənaye  Zavodunun  nəzdində  fəaliyyət  göstərən  “TSZ – PAV”  MMC – in  elmi  işlər  üzrə  direktor  müavinidir. Şəxsi  ixtirası  hesabına  AMEA Təcrübə – Sənaye  Zavodunun  nəzdində  “MEH”  yuyucu  vasitələri  məhz  Səttar Hüseynovun  rəhbərliyi  və  iştirakı  ilə  istehsal  olunur. “MEH”  yuyucu  vasitələrinin  patent  və  gigiyenik  sertifikatları, eləcə də  məhsulun  texniki  şərtləri k.e.n. Səttar Hüseynovundur.

Ailəlidir, 3 övladı və 1 nəvəsi var.