Təcrübə-Sənaye Zavodunda “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AMEA Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov zavod işçilərini həmrəylik günü münasibəti ilə təbrik etmiş, qarşıdan gələn yeni ildə hər kəsə uğurlar arzu etmişdir.

Daha sonra kollektivə öz təbrik sözlərini çatdırmaq istəyən zavod əməkdaşları da çıxış etmişdir.