8 fevral, 2017-ci il tarixində dünyaca məşhur Birləşmiş Krallıq şirkəti olan “Millers Oil LTD”-nin icraçı direktoru Jamie Ryan və şirkətin biznesin inkişafı departamentinin müdiri Martin Gough Təcrübə-Sənaye zavodunda olublar. İlk öncə qonaqları müşayət edən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin müdiri s.e.f.d Fətəli Abdullayev zavod haqqında geniş məlumat vermişdir. Daha sonra zavod direktoru Vasif Abbasov və Elm və Texnologiya Parkının direktoru Sənan Abdullayev zavodda gedən istehsalat prosesləri ilə qonaqları yaxında tanış etmişlər.

Sonda AMEA Təcrübə-Sənaye Zavodu ilə “Millers Oil LTD” şirkəti arasında mümkün ola biləcək əməkdaşlıqlar müzakirə edilmişdir.