Dünyada baş verən iqtisadi böhran fonunda neftin qiyməti dəfələrlə endiyi üçün qara qızıl ixracı ilə məşğul olan ölkələr intensiv şəkildə postneft dövrünə hazırlaşır.

Bu istiqamətdə əsas prioritet qeyri neft serktorunun inkişafına verilir.

Azərbaycan alimləri də bu dövrə hazır olduqlarını bildirirlər. AMEA-nın nəznində fəaliyyət göstərən Təcrübə-Sənaye Zavodu ciddi şəkildə innovativ ixtira və istehsalla məşğul olur.

VAQİF ABBASOV NEFT-KİMYA PROSESLƏRİ İNSTİTUTUNUN DİREKTORU: «Biz son üç ildə Azərbaycanda analoqlarından çox yüksək səmərəliliyə malik ola bilən gübrə yaratmışıq, bu gübrənin eyni zamanda həm fosforu var, həm azotu var və hətta üçüncü komponenti — kaliumuda yaratdıq. Yəni eyni gübrənin içərisində hər üç qida elementi var. Və artıq onun təcrübə-sənaye sınaqları keçirilib, çöl sınaqları keçirilib».

Zavodda istehsal olunan zərərvericilərlə mübarizə vasitələri və gübrə analoqları ilə müqaisədə 50 faizədək daha çox məhlul əldə etmək imkanı yaradır. Bununla yanaşı gübrənin tərkibində zərərli maddələr yoxdur.

 

VAQİF ABBASOV NEFT-KİMYA PROSESLƏRİ İNSTİTUTUNUN DİREKTORU: «Bu gün biz artıq respublikamız üçün gübrə istehsalını təşkil edə bilərik, yəni çoxkomponentli gübrə istehsalını, mineral gübrə olaraq və bunun ən böyük üstünlüyü ondan ibarətdir ki, onda nitrat azotu yoxdur, yəni burada məhsullarda nitratın artma dərəcəsi sıfrdır və onun özəlliklərindən biri də odur ki, onu maye halda istifadə edib daha çox məhsul əldə etmək olar».

 

Yeni nəsil gübrə ixtiralarına dair yerli və beynəlxalq patentlər əldə edən zavod beynəlxalq İSO sertifikatı almağa hazırlaşır. Zavodda ağır hərbi və kənd təsərrufatı texnikaları üçün müxtəlif materiallar hazırlanır.Burada MDB-nın ən keyfiyyətli sürtkü materialları hesab edilən salidol və litol istehsal olunur.

Bu sürtkü materiallarının qiyməti Azərbaycan bazarında satılan analoqlarından qat-qat uçuz və dəfələrlə keyfiyyətli olsa da, yerli istifadəçilər keyfiyyətsiz xarici məhsula üstünlük verirlər. Zavodun ekspertləri yerli istehsalın keyfiyyətini istənilən ölkədə laboratoriya şəraitində sübut etməyə hazırdırlar.

 

ADİL AĞAYEV — TƏCRÜBƏ-SƏNAYE ZAVODUNUN BAŞ TEXNOLOQU: «Əyani şəkildə subut edim ki, bizim istehsal etdiyimiz məhsullar heç də MDB məkanında və yaxın xarici ölkələrdə istehsal olunan məhsullardan heç də geri qalmır. Bunun üçün də qabağımızda 4 cür məhsul var: biri Ukraynanın Azmol şirkətinin aldığı solidol sürtküsüdür, biri Rusiyanın, bu biziki, bu da İranındır».

 

Ukraynanın istehsal etdiyi sürtküdən götürürəm adi elektrik plitənin üstünə yaxıram nazik bir təbəqədə, sonra götürürəm Rusiyanın istehsal etdiyi sürtkü materialını eyni təbəqədə yaxıram/, axırıncı da özümüzün istehsal etdiyimiz sürtkünü yaxıram bərabər məsafədə.

 

İxtiralar beynəlxalq standartlara cavab versə də, yerli müəssisə və istifadəçilərin daha çox xarici məhsula maraq göstərməsi alimləri narahat edir. Bu isə ixtiranı istehsala çıxartmağa əngəl yaradır.