Öncədən məlumat verdiyimiz kimi AMEA Təcrübə-Sənaye Zavodu cari il ərzində istehsal etdiyi müxtəlif çeşidli məhsulların beynəlxalq standartlara cavab verməsi üçün bir çox işlər görür. Eyni zamanda istehsal olunan məhsulların regional və qlobal bazara çıxara bilməsi üçün bir çox beynəlxalq sertifikatların alınması üçün operativ şəkildə çalışmaqdadır.

Hal-hazırda ixrac olunan biləcək olan yağ və sürtkü məhsulları olan müxtəlif çeşidli dizel-mühərrik yağları, sürtkülər, hidravlik yağlar, transmissiya yağları müasir tələblərə uyğun olaraq istehsal edilir və qablaşdırılır.

İstehsalına diqqət yetirilən ən əsas dizel-mühərrik yağı SAE 15W40 API CI-4 yağıdır ki, onun da istifadə geniş yayılmışdır. O səbəbdən sırf bu yağın istehsalına və beynəlxalq tələblərə cavab verməsi üçün bir çox işlər görülür.

İxracatı əlverişli olan digər məhsul isə HLP 32/46/68 serialı hidravlik yağlardır ki, hal-hazırda bu məhsul üzərində də bir çox işlər görülür. Həm beynəlxalq standartlara cavab verməsi, həm də müasir qablaşdırmağa uyğunlaşdırılması üçün işlər görülür.