Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu üzrə Gənc Alim və Mütəxəssislər Şurasının sədri Süleyman Süleymanov zavodda çalışan mütəxəssis, alim və digər işçilərlə mütəmadi olaraq maraqlanır, onların iş və sosial həyatında olan məsələlərin həll olunmasında yaxında iştirak edir. Qeyd edək ki, Süleyman Süleymanov eyni zamanda AMEA Təcrübə-Sənaye Zavodunun direktor köməkçisi və ictimai əlaqələr üzrə məsul şəxsidir.

Zavod yarandığı gündən etibarən zavod rəhbərliyi tərəfindən işçilərlə daima maraqlanmaq üçün mütəxəssis ayrılmış və onların sosial rifah halının yaxşılaşdırılması üçün mümkün olan bütün tədbirlər görülmüşdür.

Hal-hazırda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Süleyman Süleymanov da eyni fəaliyyəti həyata keçirmək üçün AMEA TSZ direktoru Vasif Abbasov tərəfindən təyin edilmişdir.