Akademik Akif Əlizadə

AMEA Prezidenti

Hazırda Azərbaycanın milli sərvəti olan elmi potensialının qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Elmi potensialın milli tərəqqi naminə səmərəli istifadə olunması Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran əsas vəzifələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan bilik cəmiyyətinin formalaşdırılması ölkəmizin əsas strateji inkişaf xətti olaraq qəbul edilir. Konsepsiya Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifə qoyur.

Akademiya Rəyasət Heyəti ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidistiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilmişdir. Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdən biri elm, təhsil və sənayenin uğurlu inteqrasiyasına nail olmaqdır. Elmin istehsalatla əlaqələndirilməsi, elmi nəticələrin istehsalatda sınağı və tətbiq olunması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının təşkili hazırda Akademiya qarşısında duran vəzifələrdəndir.

Həyata keçirilən bir çox tədbirlər, o cümlədən Təcrübə-Sənaye Zavodunun (TSZ) AMEA Rəyasət Heyətinin İşlər İdarəsinin nəzninə keçirilməsindən sonra yenidənqurma işlərinin aparılması bu istiqamətdə atılmış böyük addımlardandı.

Günümüzün ən vacib tələbat və layihələrindən biri olan informasiya texnologiyalarının bölgədə tətbiqi AMEA-da son illərdə bu istiqamətdə fəaliyyəti xeyli genişlənmişdir.