AMEA Təcrübə-Sənaye Zavodunda istehsal olunan “Ağ Naftalan Yağı” haqqında əvvəlki yazılarda məlumat vermişdik. Bu dəfə isə TSZ-nin direktoru Vasif Abbasov həmin məhsul haqqında ətraflı fikirlərini sizlərə birbaşa təqdim edirik.

“Ağ Naftalan Yağı” zavodumuzun istehsal etdiyi səhiyyə yönümlü məhsullarından birisidir. Məhsulun istehsalı üçün lazım olan xammal Naftalan şəhərindən gətirilir və zavod Elmi-Tədqiqat və Sınaq Laboratoriyasında müvafiq laborator testləri keçdikdən sonra istehsal prosesinə buraxılır. Qablaşdırılması və doldurulması TSZ-də həyata keçirilərək məhsul hazır vəziyyətə gətirilir.

“Ağ Naftalan Yağı” xüsusi quruluşlu naften karbohidrogenlərindən (>98%) və izoparafinlərdən (<2%) ibarət olub bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəlik sırasına daxildir:

  • köksük əlamətlərlə gedən boyun və bel osteoxondrozu;
  • Bazu kürək periartrozu;
  • Periferik sinirlərin travmatik zədələnməsi;
  • Deformasiyaedici osteoartroz;
  • Aşağı ətraf damarlarının atererosklerozu;
  • Obliterəedici endoarterterelit, xroniki tromboflebit, xroniki venoz çatışmazlığı, trofik xoralar;
  • Xroniki qeyri-spesifik prostatit;
  • Sonsuzluq (iltihabi ginekoloji xəstəliklər nəticəsində meydana çıxan);
  • Dəri xəstəlikləri;
  • Otolorinqologiya;
  • I, II, III dərəcəli yanıqlar;
  • Stomatologiya;

 

“Ağ Naftalan Yağı” 2014-cü ilin oktyabr ayının 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyatdan keçirilmişdir. (DV № 14-01177)