Azərbaycanın təbii ehtiyatlarından biri və ən əhəmiyyətlisi içməli sudur. Dünyada içməli suya olan tələbat heç də başqa məhsullardan az deyildir.

Bu səbəbdən AMEA Təcrübə-Sənaye Zavodu hal-hazırda məişət üçün istifadəsi tam yararlı və təhlükəsiz olan içməli su istehsalını həyata keçirdir. Bu mövzu ilə daha ətraflı su istehsalı müəssisəsinin rəhbəri Mahmud müəllimin müsahibəsini olduğu kimi təqdim edirik:

Artıq bütün dünyada təbiətin möcuzəsi sayılan su problemə çevrilməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sudan zəhərlənib ölür. Bir il ərzində 1 milyard insan isə su vasitəsi ilə xəstəlik tapır. Azərbaycanda sudan nə qədər adamın zəhərlənməsi və ya ölməsi heç bir qurumun araşdırma mövzusu olmasa da, içdiyimiz suyun çoxlu dərdlər yaratdığı artıq faktdır.

Azad İstehlakçılar Birliyinin verdiyi məlumata görə “Sərinləşdirici içkilər Azərbaycanın çirklənmiş ərzaq malları bazarında ikinci yerdə dayanır. İlk yeri spirtli içkilər tutur. Azərbaycanda içməli sularla bağlı problem gündəmdədir. Ölkədə olan hər brend suyun saxta variantları vardır. Lakin iyi, dadı, qoxusu olmadığından və məhsulların istehsalatdan ticarətə qədər irəlləmə mexanizmi açıqlanmadığından heç kəs təminat vermir ki, hansı partiya məhsul təmizlənib, hansı partiya birbaşa krandan götürülüb. Ona görə də AİB-ə hər həftə bu problemlə əlaqədar 10-12 istehlakçı müraciət edir.” Bütün bu deyilənləri nəzərə alaraq birinci növbədə Azərbaycan Milli Elmlər Akademiyasının 42 institutunda və başqa qurumlarında işləyən 11.000-dən çox işçinin iş vaxtı keyfiyyətli içməli su ilə təmin etmək üçün AMEA Təcrübə-Sənaye Zavodunda su sexi yaradılmışdır. Burada “40 Bulaq” markalı 0,5-19 litrə kimi qablaşdırılmış su istehsal olunur.

Bu unikal suyun N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisindən gətirilərək TSZ-də qablaşdırılması çox faydalı bir məsələdir, belə ki, bu “40 Bulaq” suyu rəsədxana yaranandan 2000-2500 metr hündürlükdən borularla gətirilərək rəsədxanada 300 m3-lik anbara yığılır və oradakı əhalini heç bir təmizlənməyə ehtiyac qalmadan içməli su ilə təmir edir.

Su rəsədxana ərazisindən xüsusi nəqliyyat vasitəsi ilə gətirilərək TSZ ərazisində 20 tonluq çənə doldurulur. Bundan sonra xüsusi filter → qum filteri → dərman filteri → kömür filterindən keçirilərək 10 tonluq çənə vurulur. 10 tonluq çəndən ozonlaşdırılır və yenidən kömür → pambıq filterlərindən keçirilərək qablaşdırılır.

Hal-hazırda sular 0.5, 1, 1.5, 2, 5, 10 və 19 litrlik plastik qablarda istehsal edilərək tam şəkildə istehlaka verilir.