Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin müdiri s.e.f.d. Fətəli Abdullayev 2017-ci ildə yağ və sürtkü məhsullarının istehsalında yeniliklərin olacağı barəsində müsahibə vermişdir.

“Təcrübə-Sənaye Zavodu cari ilin başlanğıcından etibarən yağ və sürtkü məhsullarının istehsalını təkmilləşdirmiş, yeni texnologiyanı maksimum səviyyədə tətbiq etmiş, zavod elmi-tədqiqat laboratoriyasında yeni yağ və sürktü məhsullarının sınağı ilə məşğul olmuşdur. Öncədən bildirdiyimiz kimi Təcrübə-Sənaye Zavodu cari ildə yeni mineral tərkibli yağların istehsalına başlamışdır. 2017-ci ildə isə bu proses daha da sürətlənəcəkdir.

Azərbayca Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncamdan irəli gələrək artıq AMEA-da istehsalat zamanı müasir texnika və texnologiyanın tətbiqi olacaqdır. Bunun bağlı qeyd etdiyim yağ və sürtkü məhsullarının istehsalının təkmilləşdirilməsi üçün dünya təcrübəsindən istifadə edəcəyik. Belə ki, dünyada yağ və sürtkü məhsullarının istehsalı ilə məşğul olan tanınmış şirkətlərdən bu prosesin innovasiyalaşdırılması, istehsal prosesinin sürətləndirilməsini və digər məqamları öyrənməyə çalışacağıq.”

Qeyd edək ki, Təcrübə-Sənaye Zavodu AMEA İşlər İdarəsinin kurasiyasına veriləndən sonra zavodda yenidənqurma işləri aparılmış, işçilər və istehsalat üçün yeni şərait yaradılmışdır. Mütəmadi olaraq zavodu ziyarət edən AMEA prezidenti akademik Akif Əlizadənin müvafiq tapşırıqları ilə bu proses uğurla davam etdirilməkdədir.